21 yaşlı futbolçu PSJ tarixinə düşdü

21:25 4 Sentyabr 2023

Bredli Barkola PSJ tarixində rəsmi oyunlarda çıxış edən 500-cü futbolçu kimi tarixə keçib.

Sportarena.az xəbər verir ki, Fransa çempionatının ilk turunda "Lion" öz meydanında PSJ-ni qəbul edib və 1:4 hesabı ilə uduzub. Bu oyunun iştirakçılarından, yayda "Lion"dan PSJ-yə keçmiş Bredli 75-ci dəqiqədə meydana daxil olub.

O, qol vurmasa da, adını Paris klubunun tarixinə yazdıra blib.

Barkola “Lion”un yetirməsidir, fransız 2021-ci ilin noyabrında bu klubda debüt edib. 


Xəbər xətti