Dembele PSJ-də tibbi müayinədən keçdi

19:44 10 Avqust 2023

"Barselona"nın futbolçusu Usman Dembelenin PSJ-yə keçidi tamamlanmaq üzrədir.

Sportarena.az xəbər verir ki, bu barədə insayder Fabristio Romano məlumat yayıb. O, fransalı hücumçunun bu gün Paris klubunda tibbi müayinədən keçdiyini bildirib.

Qeyd edək ki, PSJ-nin Dembele ilə 5 illik müüqavilə bağlayacağı gözlənilir.  Fransa millisinin üzvü 2017-ci ildən "Barselona"da çıxış edirdi. 

 

 


Xəbər xətti