PSJ Yaponiya klubuna məğlub oldu

10:11 29 İyul 2023

Yaponiyada təlim-məşq toplanışında olan PSJ yoldaşlıq oyununda qüvvəsini sınayıb.

Sportarena.az xəbər verir ki, Paris təmsilçisi yerli "Sereso Osaka" klubu ilə üz-üzə gəlib. Qarşılaşma PSJ-nin 2:3 hesablı məğlubiyyəti ilə başa çatıb.

"Sereso Osaka" - PSJ 3:2

Qollar: Jordi Kru, 22, Sota Kitano, 67, Şinji Kaqava, 79 - Uqo Ekitike, 22, Vitinya, 49 


Xəbər xətti