PSJ Mbappe üçün istənilən variantı nəzərdən keçirməyə hazırdır

01:15 12 İyul 2023

Fransanın “Paris Saint-Germain” klubunun rəhbərliyi hücumçu Kilian Mbappeni saxlamaq üçün istənilən variantı nəzərdən keçirməyə hazırdır.

Sportarena.az xəbər verir ki, bu barədə “RMC Sport” məlumat yayıb.

Mənbənin sözlərinə görə, parislilər fransalı ilə müqaviləni 2025-ci ilə qədər uzatmaq və müqaviləyə futbolçunun 2024-cü ildə satılması ilə bağlı bənd daxil etmək, həmçinin Kilianın maaşını artırmaq istəyir.

Qeyd edək ki, Mbappenin hazırkı müqaviləsi 2023/24 mövsümünün sonuna qədərdir. Hücumçu müqaviləni yeniləmək istəmədiyi üçün PSJ oyunçunu satmaq niyyətində idi, Hücumçuya əsas namizəd isə “Real Madrid” olub. 


Xəbər xətti