Marsel klubu Marselinoya tapşırıldı

16:22 24 İyun 2023

Fransanın “Olimpik” (Marsel) komandasının yeni baş məşqçisi müəyyənləşib.

 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Marselino Qarsiya Toral təyin edilib.

 

Onunla 2 illik müqavilə imzalanıb. İspaniyalı mütəxəssis istefaya göndərilən İqor Tudoru əvəzləyib.

 

Qeyd edək ki, Marselino ötən mövsüm “Atletik”i çalışdırıb.

 

“Olimpik” 2022/2023 mövsümündə Fransa Liqa 1-i 3-cü pillədə başa vurub və Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.


Xəbər xətti