Messi Mbappeyə bu kluba keçməyi məsləhət görüb

19:52 22 İyun 2023

Argentinalı futbolçu Lionel Messi PSJ-nin hücumçusu Kilian Mbappeyə "Real"a keçməyi məsləhət görüb.

 

Sportarena.az "Defensa Central"a istinadən xəbər verir ki, o, Paris təmsilçisini tərk etməzdən əvvəl bununla bağlı fransalı oyunçuya bildirib:

“Mən Barselona"ya getməyi üstün tuturam. Amma "Real"a getmək istəyirsənsə, o zaman bunu et. Həqiqətən yaxşı bir layihəyə layiqsən. Sən qazanacaqsan".

 

2022/23 mövsümündə Mbappe PSJ-nin heyətində bütün turnirlərdə 43 oyuna çıxıb, 41 qol vurub və 10 qolun ötürməsini verib.

 

Qeyd edək ki, Messi bu yay "İnter Mayami"yə transfer olunub.


Xəbər xətti