PSJ 22 milyon avro ödəməlidir – İspaniya klubunun futbolçusu üçün

20:45 19 İyun 2023

“Malyorka” cənubi koreyalı futbolçu Li Kanq İn üçün PSJ-dən bonuslar istisna olmaqla 22 milyon avro tələb edəcək.

 

Sportarena.az “Marca”-ya istinadən xəbər verir ki, daha əvvəl PSJ və Li Kanqın şifahi razılığa gəldiyi, “Malyorka”nın yarımmüdafiəçisinin qismən tibbi müayinədən keçdiyi bildirilirdi.

 

Hazırda klublar arasında danışıqlar davam edir, lakin transfer hələ də razılaşdırılmayıb. “Malyorka” Li Kanq İn üçün bonuslar istisna olmaqla, təxminən 22 milyon avro alacağını gözləyir.

 

Li Kanq İn 2022/23 mövsümündə La Liqada 36 oyuna çıxıb və 6 qol vurub.


Xəbər xətti