Dünya çempionatı: İdmançılarımızın rəqibləri müəyyənləşdi

20:36 30 May 2023

Bakıda keçirilən taekvondo üzrə dünya çempionatının üçüncü günündə daha 3 dəst medal sahibini tapacaq.

 

Sportarena.az xəbər verir ki, mayın 31-də keçiriləcək kişi taekvondoçular arasında 80 kq və 87 kq, qadınlarda 49 kq çəki dərəcəsində mübarizə aparacaq idmançılar üçün püşkatma mərasimi olub.

 

Püşkə əsasən Azərbaycan millisinin üzvü Əliəskər Əliyev (80 kq) mundialda ilk görüşünü 1/16 final mərhələsi çərçivəsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibinə qarşı keçirəcək.

 

87 kq çəkidə dayanq üzərinə çıxacaq Taleh Süleymanov da mübarizəyə 1/16 finaldan qoşulacaq. O, debüt döyüşündə Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün güclüsü ilə qüvvəsini sınayacaq.

 

Patimat Abakarova (49 kq) da ilk mərhələdən azaddır. O, 1/16 finalda Çina Murakami (Yaponiya) – Jenna Ylonen (Finlandiya) görüşünün qalibini sınağa çəkəcək.

 

Qeyd edək ki, mayın 31-də döyüşlər saat 09:00-da başlayacaq. Dünya çempionatı iyunun 4-də başa çatacaq.


Digər xəbərlər

Xəbər xətti