"Nyukasl" macar vinger üçün 70 milyon avro ödəyəcək

20:18 30 May 2023

Növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcək "Nyukasl" heyətini yeni futbolçularla gücləndirməyi planlaşdırır.

 

Sportarena.az xəbər verir ki, Premyer Liqa təmsilçisinin əsas hədəfi "Leyptsiq"də çıxış edən Dominik Soboslaidir. Bu barədə "Sky Sports" məlumat yayıb. "Sağsağanlar" macar vingerin müqaviləsində yer alan 70 milyon avroluq sərbəstqalma məbləğini ödəməyə hazırdır.

 

"Nyukasl" Premyer Liqanı tərk edən "Lester Siti"nin yarımmüdafiəçisi Ceyms Meddisonla da maraqlanır.

 

Qeyd edək "Leyptsiq" Dominik Soboslaini 2019-cu ilin yayında "Zaltsburq"dan transfer edib. 22 yaşlı futbolçu cari mövsümdə Almaniya təmsilçisinin heyətində meydana çıxdığı 45 rəsmi matçda 9 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.


Xəbər xətti