Bundesliqa klubunda dörd ayrılıq

12:18 30 May 2023

Almaniyanın “Union Berlin” komandası 4 oyunçusu ilə yollarını ayırıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Belə ki, müdafiəçilər Timo Baumqartl və Niko Gisselmann, eləcə də yarımmüdafiəçilər Levin Öztunalı ilə Tim Matsiyevski komandadan ayrılıb.

 

PSV-dən icarəyə götürülmüş Baumqartlın icarə müddəti başa çatdığı üçün komandasına qayıdacaq. Digər üç oyunçunun isə Berlin klubu ilə müddəti bitən müqaviləsi yenilənməyib.

 

Berlin təmsilçisi bu dörd oyunçuya xidmətlərinə görə təşəkkür edib, onlara gələcək karyeralarında uğurlar arzulayıb.


Digər xəbərlər

Xəbər xətti