Müqaviləsi uzadılacaq, qiyməti 160 milyon avro olacaq

23:48 29 May 2023

“Napoli” klubu “Çelsi”, “Bayern” və PSJ-nin maraq dairəsində olan hücumçusu Viktor Osimheni saxlamaq niyyətindədir.

 

Sportarena.az “Calciomercato”-ya istinadən xəbər verir ki, 24 yaşlı hücumçu üçün hələlik rəsmi təkliflər olmayıb. Lakin neapolluların prezidenti Aurelio De Laurentis nigeriyalı futbolçu üçün ən azı 160 milyon avro tələb edir.

 

Məlumata görə, De Laurentis Osimhenlə müqaviləni ciddi maaş artımı ilə yeniləməyi düşünür. Futbolçunun maaşı hazırda 4,5 milyon dollar təşkil edir. Yeni müqavilədə Osimhenin sərbəstqalma məbləği 160 milyon avro olacaq.

 

Nigeriyalı hücumçunun klubla hazırkı müqaviləsi 2025-ci ilin iyununa qədərdir.

 

Osimhen cari mövsümdə A Seriyasında 31 matçda 25 qol vurub.


Xəbər xətti