Azerkeşlərin klubu "Union Belin": Qan və tərlə yazılan sevgi hekayəsi

22:49 29 May 2023

"Union Berlin" Bundesliganı 4-cü sırada bitirərək Çempionlar Liqasına vəsiqə qazandı. 2004-cü ildə iflas təhlükəsi keçirən klubun qara günlərdən ağ günlərə çıxmasında ən böyük faktor onun azerkeşləridir. 

 

Sportarena.az sizə "Union Berlin"in uğur hekayəsini və azarkeşlərinin bu hekayədəki rolunu təqdim edir:

 

• 2004 - İlfas etmək təhlükəsi ilə üzləşən kluba azarkeşlər qan verərək topladıqları pulu, kluba bağışlayıblar və nəticədə klub iflasdan son anda qurtulub.

• 2008 - 3-cü Divizionda oynayarkən Almaniya Futbol Assosiasiyasının təklif etdiyi təsisat meyarlarına, uyğun gəlmədikləri üçün klub lisenziyalarını itirmək təhlükəsi ilə üzləşdilər. 2000-dən çox azarkeş kluba dəstək məqsədilə heç bir ödəniş almadan, klubun təsisatlarını təmir etməyə kömək etdlər.

• 2009 - 2-ci Bundesliga'ya yüksəldilər.

• 2019 - Əsas Bundesliga'ya yüksəldilər.

• 2022 - UEFA Avropa Liqasına vəsiqə qazandılar.

• 2023 - Bundesliga'nı ilk 4-lükdə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazandılar.


Digər xəbərlər

Xəbər xətti