Messi mükafatlandırmaya qatılmayıb – Barselonadakı konsertə gedib

16:20 29 May 2023

PSJ-nin hücumçusu Lionel Messi Fransa çempionatında mövsümün ən yaxşı oyunçularının mükafatlandırılması mərasimi əvəzinə Barselonada “Coldplay” konsertinə qatılıb.

 

Sportarena.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı hücumçunu “Barselona”nın keçmiş futbolçusu Sesk Fabreqas müşayiət edib. Konsert zamanı Barselonadakı “Companys Olimpiya Stadionu”ndakı tamaşaçılar Messinin adını səsləndiriblər.

 

Daha əvvəl PSJ-nin digər hücumçusu Neymar “Strasburq”la çempionat matçını (1:1) buraxmışdı. Braziliyalı futbolçu Monte Karloda keçirilən poker turnirinə yollanıb.

 

Aprelin 30-da, Liqa 1-in 33-cü turunda “Loryan”a uduzduqdan (1:3) sonra Messi klubun icazəsi olmadan Səudiyyə Ərəbistanına getmişdi və buna görə PSJ 35 yaşlı futbolçunu iki həftəlik məşqlərdən kənarlaşdırmışdı. Messi Parisə qayıdandan sonra üzr istəmişdi.


Xəbər xətti