“Mançester Siti” çempionluğa görə rekord qazanc əldə edib

13:58 29 May 2023

“Mançester Siti” bu mövsüm Premyer Liqa çempionluğuna görə təxminən 166 milyon funt sterlinq alacaq.

 

Sportarena.az xəbər verir ki, bu haqda "Daily Mail" məlumat yayıb. 

 

Bu məbləğə yerli və xarici televiziya müqavilələrinin payı, komandanın turnir cədvəlində yekun mövqeyinə görə məbləğ, liqanın kommersiya gəlirindən pay və Böyük Britaniyada canlı televiziyada müntəzəm çıxışlara görə verilən bonuslar daxildir.

 

166 milyon funt-sterlinq, Premyer Liqa tarixində çempion üçün ən yüksək pul mükafatıdır. Xosep Qvardiolanın komandası ötən mövsüm 153 milyon funt-sterlinq qazanıb.

 

Xəbərdə o da bildirir ki, liqadakı 20 klub bu mövsümün sonunda ümumilikdə təxminən 2,7 milyard funt sterlinq alacaq.

 

Xatırladaq ki, Premyer Liqada 2-ci yeri Londonun “Arsenal”ı tutub.


Digər xəbərlər

Xəbər xətti