İngiltərə Premyer Liqasında mövsümə yekun vuruldu

09:34 29 May 2023

İngiltərə Premyer Liqasında 2022/23 mövsümünə yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, sonuncu – 38-ci turunun bütün qarşılaşmaları eyni günə təsadüf edib.

 

“Çelsi” son turda “Nyukasl”la “sülh bağlayıb”. “Kristal Pelas” – “Nottingem Forest” matçında da tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. 8 qolun qeydə alındığı “Sauthempton” – “Liverpul” matçında da qalib müəyyənləşməyib.

 

Çempion “Mançester Siti” son turda “Brentford”a uduzub. İkinci pillədəki “Arsenal” isə “Vulverhempton”u 5 cavabsız qolla məğlub edib. “Aston Villa” “Brayton”u, “Everton” “Bornmut”u, “Lester Siti” “Vest Hem”i, “Mançester Yunayted” isə “Fulhem”i məğlub yola salıb. Səfərdə “Lids”lə qarşılaşan “Tottenhem” son matçında darmadağına sevinib. 

 

“Mançester Siti” 89 xalla mövsümü zirvədə başa vurub. “Arsenal” 84 xalla gümüş, “Mançester Yunayted” 75 xalla bürünc medallara sahib çıxıb. Bu üç komanda ilə yanaşı, 71 xalla dördüncü olan “Nyukasl” da Çempionlar Liqasına vəsiqə qazanıb. 67 xalla beşinci və 62 xalla altıncı olan “Liverpul”la “Brayton” Avropa Liqasına vəsiqə qazanıblar. 61 xalla yeddinci yeri tutan “Aston Villa” isə Konfrans Liqasında mübarizə aparacaq.

 

Son üç pilləni tutan “Sauthempton”, “Lids” və “Lester Siti” komandaları isə Premyer Liqanı tərk edib.

 

İngiltərə Premyer Liqası

38-ci tur

28 may

Arsenal – Vulverhempton 5:0

Qol: Caka, 11; 14. Saka, 27. Q.Jezus, 58. Kivior, 78.

 

Aston Villa – Brayton 2:1

Qol: D.Luis, 8. Uotkins, 26 – Undav, 38.

 

Brentford – Mançester Siti 1:0

Qol: Pinnok, 85.

 

Çelsi – Nyukasl 1:1

Qol: Trippyer, 27-öz qapısına – Qordon, 9.

 

Kristal Pelas – Nottingem Forest 1:1

Qol: Hages, 66 – Avoniyi, 31.

 

Everton – Bornmut 1:0

Qol: Dukure, 57.

 

Lids – Tottenhem 1:4

Qol: Harrison, 67 – Keyn, 2; 69. Porro, 47. L.Moura, 90+5.

 

Lester Siti – Vest Hem 2:1

Qol: Barnes, 34. Faes, 62 – Fornals, 79.

 

Mançester Yunayted – Fulhem 2:1

Qol: Sanço, 39. B.Fernandes, 55 – Tete, 19.

 

Sauthempton – Liverpul 4:4

Qol: Uord-Prauz, 19. Sulemana, 28; 47. Armstronq, 64 – D.Jota, 10; 73. Firmino, 14. Qakpo, 72



Digər xəbərlər

Xəbər xətti