"Benfika" Portuqaliya çempionu oldu

13:00 28 May 2023

Portuqaliyada 2022/23 mövsümünün çempionunun adına aydınlıq gəlib.

 

Sportarena.az xəbər verir ki, bu, "Benfika"dır. Komanda 34-cü turda "Portu"nu qəbul edib və 3:0 hesablı qələbə qazanıb. Ümumilikdə "Benfika" 28 qələbə, 3 heç-heçə və 3 məğlubiyyətlə 87 xal toplayıb. Bununla da onlar "Portu"nu 2 xal qabaqlayaraq çempion adını qazanıblar.

 

Komanda son dəfə 4 il əvvəl öklə çempionu olmuşdu. Ümumilikdə isə bu, "Benfika"nın tarixində 38-ci çempionluqdur.


Digər xəbərlər

Xəbər xətti