Nağıyevin komandası evdə xal itirdi

12:40 26 May 2023

Futbol üzrə Ukrayna Premyer Liqasında 28-ci turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq müdafiəçisi Dmitri Nağıyevin formasını geyindiyi “İnqulets” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv “Metallist”i qəbul edib. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0.

 

Nağıyev bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.

 

“İnqulets” hazırda 28 xalla 16 kollektiv arasında 12-ci sırada qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti