Lautaro Martines: “Düzü, hazırda çox təsirlənmişəm”

17:01 25 May 2023

“İnter”in hücumçusu Lautaro Martines İtaliya kubokunun “Fiorentina” ilə keçirilən final oyununu (2:1) dəyərləndirib.

 

Sportarena.az “Football Italia”-ya istinadən xəbər verir ki, argentinalı futbolçu xoşbəxt və şad olduğunu deyib:

“Düzü, hazırda çox təsirlənmişəm. Çünki bir neçə ildir ki, bu böyük klubla kuboklar qazanırıq. Eyni tempdə davam etməliyik. Çox xoşbəxtəm.

Oyuna pis başladıq, lakin sonra hesabı xeyrimizə dəyişə bildik. Kuboku Milana apardığımız üçün şadam. “İnter”in uğurlarına töhfə verməyə davam etmək istəyirəm. Bu, mənim üçün çox vacibdir”.

 

Ölkə kuboku “neradzurra”nın cari mövsümdə qazandığı ikinci kubokdur. “İnter” 2022-ci ildə İtaliya superkubokunun finalında “Milan”ı məğlub etmişdi – 3:0.


Digər xəbərlər

Xəbər xətti