Haland Tyerri Anrinin nailiyyətini təkrarlayıb

13:00 25 May 2023

İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Haland "Arsenal"ın sabiq hücumçusu Tyerri Anrinin nailiyyətini təkrarlayıb.

 

Sportarena.az "Opta"ya istinadən xəbər verir ki, norveçli forvard buna Premyer Liqanın XXXII turunda təxirə salınmış "Brayton"la qarşılaşmada yiyələnib.

 

Heç-heçə ilə başa çatan (1:1) görüşdə məhsuldar ötürmə ilə yadda qalan Haland cari mövsüm 44 qolun (36 qol, 8 məhsuldar ötürmə) vurulmasında yaxından iştirak edib. Bu, 38 matçlıq çempionatda rekorddur.

 

Tyerri Anri 2002/2003 mövsümündə London təmsilçisində 24 qol vurub və 20 məhsuldar ötürmə verib.

 

Ümumi rekord isə Alan Şişerə məxsusdur. O, 1994/1995 mövsümündə 47 oyunda 34 qol, 13 məhsuldar ötürmə ilə yadda qalıb.


Digər xəbərlər

Xəbər xətti