37-ci dəfə ölkə çempionu oldular

16:58 24 May 2023

Çexiya çempionatında 2022/2023 mövsümünün qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, bu, "Sparta"dır. Praqa təmsilçisi Çexiya Birinci Liqasının pley-off mərhələsinin 4-cü turunda "Slovakko"  ilə heç-heçə (0:0) edib. Bununla da xalını 78-ə yüksəldən komanda tarixində 37-ci dəfə ölkə çempionu olub.

 

Qeyd edək ki, “Slaviya” (75) 2-ci, “Viktoriya” (58) 3-cü yerə çıxıb. 


Xəbər xətti