Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu baş tutacaq

13:54 24 May 2023

Azərbaycan Basketbol Liqasında bu gün final seriyasının üçüncü oyunu keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, “Sabah” və “Gəncə” komandaları “Sərhədçi” İdman Mərkəzində üz-üzə gələcəklər.

 

İlk görüşdə paytaxt təmsilçisi, ikinci qarşılaşmada isə gəncəlilər qələbə qazanıb. Hazırda seriyada hesab bərabərdir - 1:1.

 

Çempion üç qələbənin nəticəsinə əsasən müəyyənləşəcək. Mayın 27-də qalib bəlli olmasa, 3 gün sonra beşinci oyun gerçəkləşəcək.

 

Qeyd edək ki, daha əvvəl NTD “AAAF Xırdalan”ı 100:79 hesabı ilə məğlub edərək bürünc medala sahib çıxıb.


Digər xəbərlər

Xəbər xətti