Mbappe müqaviləsinin müddətini uzatmayacaq

13:21 24 May 2023

PSJ-nin hücumçusu Kilian Mbappe Paris klubu ilə müqaviləsini daha bir mövsümə avtomatik yeniləmək seçimini aktivləşdirməmək qərarına gəlib. 

 

Sportarena.az xəbər verir ki, bu barədə "L'Equipe" məlumat yayıb.

 

Buna baxmayaraq, PSJ rəhbərliyi hazırda müqaviləsi 2024-cü ilin iyununda başa çatan Mbappenin qərarından təşvişə düşmür və müqavilənin bitməsinə bir il qalmış fransalı hücumçusunu satmaq fikrində deyil.

 

Qeyd edək ki, Mbappe bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 41 oyuna çıxıb, 40 qol vurub və 9 qolun ötürməsini verib.


Digər xəbərlər

Xəbər xətti