Birinci Divizion: Mövsümə yekun vuruldu

18:46 23 May 2023

I Divizionda mövsümün sonuncu – 30-cu turunun oyunları keçirilib. 

 

Sportarena.az xəbər verir ki, qapanış turunun bütün oyunları eyni günə təsadüf edib.

 

Çempion “Araz Naxçıvan” doğma meydanda “Zaqatala”nı inamlı hesabla məğlub edib. Gümüş medalların sahibi “Neftçi”nin əvəzediciləri də MOİK-lə səfər matçında inamlı qələbəyə sevinib.

 

Üçüncü pillədə olan “Turan Tovuz”un ikinci komandası isə “İmişli”ni böyük hesabla məğlub etməklə bürünc medalları təmin edib.

 

I Divizion

XXX tur

23 may

“Mingəçevir” – “Səbail-2” 1:1

Qol: Elvin Əlizadə, 83-pen – Xəyal Bədirov, 18.

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu.

 

MOİK – “Neftçi-2” 2:4

Qol: Tural Axverdiyev, 30. İlham Allahverdiyev, 62 – Elşad Tağıyev, 7; 13-pen. Seymur Əliyev, 39. Aqşin Abazərov, 73.

Binə qəsəbə stadionu.

 

“Araz Naxçıvan” – “Zaqatala” 2:0

Qol: Orxan Əliyev, 76; 80.

Naxçıvan Muxtar Respublika stadionu.

 

“Qəbələ-2” – “Qarabağ-2” 0:0

Qəbələ şəhər stadionu (ehtiyat meydança).

 

“Turan Tovuz-2” – “İmişli” 3:0

Qol: Sadiq Şəfiyev, 45; 71-pen. Okebuqvu Henri, 48.

Tovuz şəhər stadionu.

 

“Zirə-2” – “Şamaxı-2” 2:2

Qol: Mahmud Ağayev, 58. Xəqani Sadıxov, 66-pen – Qurban Səfərov, 43-pen. Asim Əlizadə, 45.

Zirə İK stadionu.

 

“Sumqayıt-2” – “Kəpəz-2” 3:2

Qol: Uğur Cahangirov, 72. Maqsud Ələkbərov, 80. Xəzər “Sumqayıt Arena” (ehtiyat meydança).


Digər xəbərlər

Xəbər xətti