PSJ-dən növbəti qələbə

11:19 22 May 2023

Fransa çempionatında 36-cı tura yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, “Ayaçço” evdə “Renn”ə, “Loryan” isə “Lans”a uduzub.

 

Lider PSJ də səfərdə “Oser” üzərində qələbəyə sevinib.

 

Hazırda 84 xala malik PSJ vahid liderdir. “Lans” 78 xalla ikinci, Marsel “Olimpik”i 73 xalla üçüncü pillədə qərarlaşıb. “Monako” 65, “Lill” 63, “Renn” 62, Lion “Olimpik”i 59 xal toplayıb.

 

Fransa, Liqa 1

36-cı tur

21 may

Ayaçço – Renn 0:5

Qol: Santamariya, 14. Quiri, 31; 40; 71. Doku, 37.

 

Brest – Klermon 2:1

Qol: Honorat, 45; 48 – Neto, 43.

 

Nitsa – Tuluza 0:0

 

Reyms – Anje 2:2

Qol: İto, 10. Baloqun, 54 – Şabanoviç, 46. Abdelli, 60.

 

Trua – Strasburq 1:1

Qol: R.Lopes, 73 – Diarra, 27.

 

Loryan – Lans 1:3

Qol: Fevr, 6 – Sotoka, 20. Tomasson, 25. Fofana, 87.

 

Oser – PSJ 1:2

Qol: Sinayoko, 51 – Mbappe, 6; 8.


Xəbər xətti