PSJ Mourinyo ilə razılaşmağa yaxındır

15:23 21 May 2023

"Roma"nın baş məşqçisi Joze Mourinyo PSJ-ni çalışdırmağa yaxındır.

 

Sportarena.az xəbər verir ki, bu barədə "La Repubblica" məlumat yayıb. Romalıların rəhbərliyi portuqaliyalı mütəxəssisin nümayəndələrinin görüş keçirmək cəhdlərinə məhəl qoymur. Bu, Mourinyonu əsbiləşdirir.

 

Mütəxəssis hesab edir ki, transfer büdcəsində maliyyə feyr-pleyini pozma ehtimalı ilə bağlı məhdudiyyətlər onun gedişi üçün mühüm amillərdir. Daha əvvəl Mourinyonun Paris klubunun baş məşqçisi vəzifəsinə təyinat variantı barədə artıq məlumat yayılmışdı. İndi isə Mourinyonun PSJ ilə anlaşmağa yaxın olduğu qeyd edilib.

 

Xatırladaq ki, "Roma" İtaliya çempionatında 35 turdan sonra 7-ci yerdədir.


Digər xəbərlər

Xəbər xətti