PSJ yarımmüdafiəçisini itirdi

20:00 20 May 2023

PSJ-nin mətbuat xidməti italiyalı yarımmüdafiəçi Marko Verrattinin zədələndiyini açıqlayıb.

 

Sportarena.az xəbər verir ki, futbolçunun sol dizində qançır var.

 

Lakin onun sağalma müddəti məlum deyil. İstənilən halda onun bu mövsümün son oyunlarında iştirakı ehtimalı azdır.

 

30 yaşlı italiyalı futbolçu bu mövsüm PSJ-nin heyətində 35 oyuna çıxıb və 1 məhsuldar ötürmə edib.

 

Verratti 2012-ci ilin yayından PSJ-də çıxış edir. Onun parislilərlə hazırkı müqaviləsi 2026-cı ilə qədərdir.


Digər xəbərlər

Xəbər xətti