“Roma”nın zədəliləri sıraya döndü

14:48 18 May 2023

“Roma” bu gün Avropa Liqasının yarımfinal mərhələsinin cavab qarşılaşmasında “Bayer”in (Leverkuzen) qonağı olacaq.

 

Sportarena.az xəbər verir ki, “canavarlar”ın çalışdırıcısı Joze Mourinyo müdafiəçi Kris Smollinq və hücumçu Paulo Dibalanın bu matçda mübarizə apara biləcəklərini açıqlayıb.

 

Xatırladaq ki, ingiltərəli futbolçu əzələ zədəsi səbəbindən üç həftədir oynaya bilmir. Argentinalı forvard isə İtaliya A Seriyasının 35-ci turunun “Bolonya” ilə görüşünü (0:0) buraxıb.

 

“Roma” yarımfinalın ilk qarşılaşmasında Bundesliqa klubunu minimal hesabla məğlub edib – 1:0. Cavab matçı bu gün, saat 23:00-da başlayacaq.


Xəbər xətti