Toni Kroos: "Hər il Çempionlar Liqasını qazanmaq mümkün deyil”

17:01 18 May 2023

"Real"in yarımmüdafiəçisi Toni Kroos Çempionlar Liqasının yarımfinalında "Mançester Siti"yə 0:4 hesabı ilə uduzduqları cavab oyunundan sonra fikirlərini bildirib.

 

Sportarena.az UEFA-nın saytına istinadən xəbər verir ki, o deyib:

“Real" ilə müqavilə imzalayarkən, istər məşqçi, istərsə də oyunçu olmağınızdan asılı olmayaraq, burada gözləntilərin ən yüksək olduğunu başa düşməlisiniz. Biz bir neçə dəfə uğur qazanmışıq. Lakin hər il Çempionlar Liqasını qazanmaq mümkün deyil”.

 

Qeyd edək ki, Çempionlar Liqasının finalında "Mançester Siti" "İnter"lə qarşılaşacaq. Görüş iyunun 10-u İstanbulda keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti