Karlo Ançelotti: “Gələn mövsüm kubok qazanmaq üçün Madriddə olacağam”

10:36 18 May 2023

Karlo Ançelotti “Real”dan ayrılmayacaq. Bu barədə italiyalı mütəxəssis dünən keçirdiyi mətbuat konfransında bildirib.

 

Sportarena.az xəbər verir ki, Çempionlar Liqasının cavab yarımfinal matçında “Mançester Siti”yə 0:4 hesablı məğlubiyyətə baxmayaraq, Ançelotti istefa vermək fikrində deyil:

“Kimsə məndən şübhə etmir. Klub prezidenti iki həftə öncə bu barədə açıq danışdı. Gələn mövsüm komandanı daha yaxşı vəziyyətə gətirəcəyik. Və mən də daha bir ÇL kuboku qazanmaq üçün Madriddə olacağam”.

 

 Xatırladaq ki, Ançelottinin bu yay “Real”dan ayrılacağı, Braziliya millisinin baş məşqçi postuna təyinat alacağı ilə bağlı xəbərlər dolaşır.


Digər xəbərlər

Xəbər xətti