“Neftçi” “Araz Naxçıvan”ı məğlub yola saldı

19:22 16 May 2023

I Divizionda XXIX tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə 5 görüş baş tutub.

 

“Səbail-2” ilə MOİK arasındakı oyunda qapılara qol vurulmayıb. “Zaqatala” ilə “Qəbələ2-” arasındakı oyunda da qalib müəyyənləşməyib. “Qaradağ Lökbatan” “Mingəçevir”i minimal hesabla yenib. “Qarabağ”la “Turan Tovuz”un əvəzediciləri arasındakı oyunda qonaqlar inamlı qələbəyə sevinib. Çempionluğu təmin etmiş “Araz Naxçıvan” isə bu turda “Neftçi-2” ilə görüşdən məğlub ayrılıb.

 

I Divizion

XXIX tur

16 may

Qarabağ-2 – Turan Tovuz-2 1:3

Qol: Seyxan Fərəcov, 63 – Rəşad Əliyev, 28. Ramin Süleymanov, 42. Famil Camalov, 90+2.

Binə qəsəbə stadionu

 

Zaqatala – Qəbələ-2 2:2

Qol: Bəhruz Teymurov, 34-pen. Cavid Həşimov, 86 – Mehrac Baxışlı, 11. Rauf Məhərrəmov, 18.

Zaqatala OİK stadionu

 

Neftçi-2 – Araz Naxçıvan 2:1

Qol: Elşad Tağıyev, 43-pen. Fariz Xeyrullayev, 63 – Fərid Kərimzadə, 49.

Türk Hava Yolları Futbol Mərkəzi (4-cü meydança)

 

Səbail-2 – MOİK 0:0

“ASCO Arena”.

 

Qaradağ Lökbatan – Mingəçevir 1:0

Qol: Ürfan İsmayılov, 56.

Lökbatan OİK stadionu


Digər xəbərlər

Xəbər xətti