İkinci finalçı “Neftçi” oldu

17:21 11 May 2023

Bu gün futzal üzrə Yüksək Liqada pley-off mərhələsinin üçüncü turunun oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, “Baku Fire” “Neftçi” İK ilə üz-üzə gəlib.

 

Əvvəlki iki oyunda hərəyə bir qələbə qazanan tərəflərdən bu dəfə üstün olanı final, məğlub tərəfə isə 3-cü yer uğrunda matçda iştirak edəcəkdi.

 

Həlledici görüşdə 6:3 hesabı ilə qələbə qazanan “Neftçi” İK finala adlayıb.

 

Digər yarımfinal görüşündə “Araz Naxçıvan” “Record”a bir oyunda qalib gəlib, ikinci oyun isə rəqib meydana çıxmadığı üçün baş tutmayıb. Bu üzdən də Naxçıvan təmsilçisi texniki qələbə sayəsində finala yüksələcək.

 

Yüksək Liqa

Pley-offun 3-cü oyunu

11 may

Baku Fire – Neftçi” İK 3:6

Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Hikmət Qafarlı

Hakim-inspektor: Ramiz Əsədov

Bakı İdman Sarayı. Saat 13:30.

Pley-off-dakı oyunlar: 3:2, 3:4.


Xəbər xətti