Çempiondan növbəti qələbə

18:52 8 May 2023

Azərbaycan I Divizionunda XXVIII tura start verilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

 

Artıq çempionluğu təmin etmiş “Araz Naxçıvan” “Səbail-2” ilə qarşılaşıb.

 

Naxçıvan təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

 

I Divizion

XXVIII tur

8 may

“Araz Naxçıvan” – “Səbail-2” 3:1

Qol: Orxan Əliyev, 28-pen; 90+4. Bayraməli Qurbanov, 79 – Taleh Qarayev, 45+1.

Hakimlər: Namiq Bəkirov, Səbuhi Soltanov, Ruslan Quliyev, Rövşən Rəcəbov.

Bakı. “ASCO Arena”, 16:00.


Xəbər xətti