“Sabah”dan çağırış: “İanə et, dəstəyini göstər”

20:25 7 May 2023

“Sabah” “Beşiktaş”a qarşı keçirəcəyi xeyriyyə matçından öncə azarkeşlərə müraciət ünvanlayıb.

 

Sportarena.az xəbər verir ki, müraciətdə bunlar qeyd olunub:

 

“Qardaş Türkiyədə zəlzələdən zərər çəkmiş şəxslərə təkcə “Sabah” – “Beşiktaş” oyununa bilet alaraq yox, həm də biletin üzərində və şəkildə qeyd edilmiş QR kod vasitəsilə ianə edərək dəstək ola bilərsiniz.

Sən də ianə et, dəstəyini göstər!”

 

Xatırladaq ki, mayın 13-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Sabah” – “Beşiktaş” matçına saat 18:00-da start veriləcək.


Xəbər xətti