Azərbaycan cüdoçuları Avropa kubokunda birinci oldu

19:33 7 May 2023

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan cüdo üzrə yeniyetmələr arasında Avropa kubokuna yekun vurulub.

 

Sportarena.az xəbər verir ki, 6-7 may tarixlərində Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarışda Azərbaycan cüdoçuları 7 qızıl, 5 gümüş, 9 bürünc medal əldə edib.

 

Cüdoçularımız turnirin ilk günündə 6 qızıl, 5 gümüş və 5 bürünc medal, ikinci günündə isə 1 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda və oğlanlar arasında 1-ci yeri, qızlar arasında isə 2-ci yeri tutub.

 

İkinci günün medalçılarını təqdim edirik:

 

Oğlanlar

-81 kq

Hüseyn Eyvazlı bürünc medal

-90 kq

Tuncay Şamil bürünc medal

+90 kq

Ramazan Əhmədov qızıl medal

Rəsul Şəmədli bürünc medal

Eldar Əliyev bürünc medal


Digər xəbərlər

Xəbər xətti