Azərbaycan cüdoçularından Parisdə 2 medal

09:51 7 May 2023

Azərbaycan cüdoçuları Fransanın paytaxtı Paris şəhərində keçirilən gənclər arasında Avropa kubokunun ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıblar.

 

Sportarena.az xəbər verir ki, yarışın ilk günündə oğlanların yarışında -60, 66 və -73 kq çəki dərəcələrində 9 cüdoçu medallar uğrunda mübarizə aparıb.

 

-60 kq çəkidə Nizami İmranov qızıl medal qazanıb. -66 kq çəkidə yarışan Aydın Rzayev isə bürünc medal əldə edib.


Xəbər xətti