Birinci Divizion komandalarının cəzası açıqlandı

14:40 5 May 2023

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportarena.az xəbər verir ki, iclasda I Divizionun 26-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Şamaxı-2” – “İmişli” oyununda “Şamaxı-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Şamaxı-2” komandası 80 manat cərimə edilib.

 

“Qarabağ-2” – “Sumqayıt-2” matçının oyunöncəsi iclasında təhlükəsizlik xidmətinin nümayəndəsi iştirak etmədiyinə görə “Qarabağ-2” komandası 40 manat cərimə edilib. “Qarabağ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qarabağ-2” komandası 80 manat cərimə edilib. “Sumqayıt-2” komandasının oyunçusu Uğur Cahangirov ikinci sarı vərəqədən qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, komanda 20 manat cərimə edilib.

 

“İmişli” – “Kəpəz-2” oyununda “İmişli”nin oyunçusu Elariz Xəlilli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun cəzalanıb, klubu 160 manat cərimə edilib. “Kəpəz-2” komandasının oyunçusu Elnur Cəfərov qeyri-etik ifadə və ya hərəkətə görə birbaşa qırmızı vərəqə aldığına görə 3 oyun cəzalanıb, komandası 160 manat cərimə edilib.

 

“Neftçi-2” – “Turan Tovuz-2” oyunu polis nümayəndəsi gecikdiyinə görə gec başladığı üçün “Neftçi-2” komandası 160 manat cərimə edilib. “Neftçi-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi-2” komandası 80 manat cərimə edilib.

 

“Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Səbail-2” komandası 80 manat cərimə edilib. “Qəbələ-2” komandasının 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qəbələ-2” komandası 80 manat cərimə edilib.

 

“Qaradağ Lökbatan” – “Araz Naxçıvan” oyununa Təcili Tibbi Yardım maşını təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qaradağ Lökbatan” klubu 40 manat cərimə edilib. “Qaradağ Lökbatan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Qaradağ Lökbatan” klubu 80 manat cərimə edilib.


Xəbər xətti