Millimiz Gürcüstan yığmasına qalib gəldi

13:54 5 May 2023

Həndbol üzrə 17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatına hazırlığı davam etdirir.

 

Sportarena.az xəbər verir ki, hazırda Tiflisdə təlim-məşq toplanışında olan komandamız gürcüstanlı həmyaşıdları ilə yoxlama matçında qüvvəsini sınayıb.

 

Qarşılaşma həndbolçularımızın 31:15 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, 17 yaşadək qızların Avropa çempionatı avqustun 5-dən 13-dək Bakıda keçiriləcək. Millimiz A qrupunda Bosniya və Herseqovina, Sloveniya, Litva və Gürcüstan kollektivləri ilə yarışacaq.


Digər xəbərlər

Xəbər xətti