Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub

19:49 30 Aprel 2023

Çin idmançısı şahmat üzrə 17-ci dünya çempionu olub.

 

Sportarena.az xəbər verir ki, çinli qrossmeyster Din Lijen şahmat üzrə dünya çempionu adı uğrunda tay-breyk görüşünün Astanada keçirilən dördüncü oyununda rusiyalı Yan Nepomnyaşini qara fiqurlarla məğlub edib.

 

Klassik vaxta nəzarətlə keçirilən 14 oyundan sonra hesab bərabərləşib - 7:7. Belə olduqda sürətli şahmat üzrə əlavə dörd oyunu təyin edilib. İlk üç oyun heç-heçə yekunlaşıb.

 

Nəhayət sonuncu partiya çinlinin xeyrinə başa çatıb. Rusiyalı 68-ci gedişdə məğlubiyyətini etiraf edib.


Digər xəbərlər

Xəbər xətti