Azərbaycan yığması Qvatemalaya da uduzdu

21:53 29 Aprel 2023

Bolqarıstanda inkişaf etməkdə olan ölkələr arasında kişi həndbolçuların dördüncü çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, bu turnirdə mübarizə aparan Azərbaycan millisin bu gün növbəti matçına çıxıb.

 

9-12-ci yerlər uğrunda görüşdə rəqib Qvatemala yığması olub. Gərgin idman mübarizəsi şəraitində keçən oyun rəqibin üstünlüyü ilə yekunlaşıb – 28:20.

 

Xatırladaq ki, Azərbaycan yığması turnirdəki ilk oyununda Bolqarıstana 19:30, Nigeriyaya isə 17:35 hesabıyla məğlub olmuşdu.


Digər xəbərlər

Xəbər xətti