Dünya Çempionatı: Rusiya və Belarus bayraqlarının nümayişi qadağan edilib

14:52 27 Aprel 2023

2023-cü ildə Latviya və Finlandiyada keçiriləcək xokkey üzrə dünya çempionatında Rusiya və Belarusun bayraqlarının nümayişi qadağan ediləcək.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Delfi.lv” nəşrinə turnirin Latviya təşkilat komitəsinin rəhbəri Edqars Bunçis məlumat verib.

 

Qeyd olunub ki, bu ölkələrin bayraqlarının matçlara aparılmasına və ya yarışın keçiriləcəyi yerlərdə nümayiş etdirilməsinə icazə verilməyəcək.

 

Eyni zamanda, təşkilatçılar status baxımından Latviya bayraqları ilə eyniləşdiriləcək turnirə Ukrayna bayraqlarının gətirilməsinə icazə veriblər.


Xəbər xətti