Tovuzlu azarkeşlər saxlanıldı

23:42 26 Aprel 2023

Az öncə başa çatan “Neftçi” – “Turan Tovuz” oyununda qalmaqal yaşanıb. Qonaq azarkeşlərlə polis arasında başverənlərdən sonra 3 nəfər bölməyə aparılıb.

 

Sportarena.az xəbər verir ki, insidentin səbəbi bəlli deyil. Dəqiq olan hüquq-mühafizə əməkdaşları ilə problem yaşayan tovuzluların hələ də sərbəst buraxılmamasıdır.

 

Hazırda klub rəhbərliyi azarkeşlərinin bölmədən çıxarılması üçün çalışır.

 

Qeyd edək ki, “Turan Tovuz” ölkə kubokunun yarımfinal mərhələsinin cavab matçında son dəqiqələrdə buraxdığı iki qolla mübarizəni dayandırıb.


Digər xəbərlər

Xəbər xətti