"Araz Naxçıvan" "Mingəçevir"ə qalib gəldi

21:54 26 Aprel 2023

Futbol üzrə Azərbaycan 1-ci divizionunda bu gün 27-ci turun daha iki oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub. “Səbail”in ikinci komandası səfərdə “Turan Tovuz”un əvəzediciləri ilə üz-üzə gəlib. Tovuzlular doğma meydanda məğlubiyyətə üzülüblər.

 

Üç qolun qeydə alındığı “Şamaxı-2” – “İmişli” matçında meydan sahibləri qələbə qazanıblar. “Qəbələ-2” doğma meydanda “Qaradağ Lökbatan”a, “Sumqayıt-2” isə “Zaqatala”ya minimal hesabla uduzub.

 

Bu gün baş tutan oyunlarda “Araz Naxçıvan” doğma meydanda “Mingəçevir”i məğlub edib. “Zirə”nin əvəzediciləri ilə “Neftçi-2″nin görüşündə isə qalib müəyyənləşməyib.

 

Bu tur keçirilməli olan “Kəpəz-2” – “Qarabağ-2” matçı mayın 1-nə təxirə salınıb. Bunun səbəbi “Qarabağ-2″nin futbolçusunun məşq zamanı ürəyinin dayanması və əməliyyat keçirməyə məcbur qalmasıdır.

 

Birinci divizion,

27-ci tur

26 aprel

Araz Naxçıvan – Mingəçevir 2:0

Qol: Bayraməli Qurbanov, 16. Orxan Əliyev, 81.

Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sevda Nuriyeva, Fəridə Lütfəliyeva

Hakim-inspektor: Əmrah İbrahimov

AFFA nümayəndəsi: İlham Əliyev

Naxçıvan Muxtar Respublika stadionu, 14:00

 

Zirə-2 – Neftçi-2 1:1

Qol: Taleh Fərmanov, 66 – Aşqin Abazərov, 38.

Hakimlər: Murad Səlimov, Kərim Zeynalov, Gülnurə Əkbərzadə, Tural İbrahimov

Hakim-inspektor: Barış Şimşək

AFFA nümayəndəsi: Emin Cəfərov

Binə qəsəbə stadionu, 15:00


Xəbər xətti