Kubok oyunu öncəsi "Neftçi"nin heyətində problemlər

15:49 26 Aprel 2023

Azərbaycan kubokunun yarımfinalının cavab matçında bu gün “Turan Tovuz”u qəbul edəcək “Neftçi”nin heyətində problemlər var.

 

Sportarena.az xəverir ki, bu haqda klubun mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyevin Qol.az-a açıqlamasında deyib.

 

Məlumata görə, Eddi İsrafilov cəzalı durumda olduğundan bugünkü matçı buraxacaq. O, daha bir neçə futbolçunun oyunda iştirakının sual altında olduğunu deyib:

“Qapıçı İvan Brkiçdə qırzdırma var. Oynayıb-oynamayacağını bilmirik. Azər Əliyev dünən sona qədər məşq edə bilmədi. Mateus Saldanyanın elə “Turan Tovuz”la oyunda ayağına zərbə vurmuşdular. Hələ də onun durumu tam bəlli deyil. Meydana çıxıb-çıxmayacağı oyun saatı bilinəcək. Bu futbolçuların heç biri dünənki məşqdə tam gücü ilə çalışa bilmədilər”.

 

Qeyd edək ki, “Neftçi” – “Turan Tovuz” matçı saat 20:00-da başlayacaq. Komandalar arasında keçirilən ilk oyunda “Turan Tovuz” 1:0 hesabı ilə qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti