Azərbaycanın həndbol millisi dünya çempionatına məğlubiyyətlə başlayıb

09:45 26 Aprel 2023

Kişi həndbolçulardan ibarət Azərbaycan millisi Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında start götürən dördüncü dünya çempionatında mübarizəyə başlayıb.

 

Sportarena.az xəbər verir ki, "D" qrupunda yer alan yığma ilk turda ev sahibləri ilə qarşılaşıb. Görüş 30:19 hesabı ilə rəqibin xeyrinə başa çatıb.

 

Azərbaycan seçməsi qrupda növbəti matçını Nigeriyaya qarşı keçirəcək.

 

Qeyd edək ki, mundiala aprelin 30-da yekun vurulacaq.


Xəbər xətti