“Ximki” 3 xalı 4 qolla aldı

23:21 23 Aprel 2023

Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

 

Sportarena.az xəbər verir ki, azərbaycanlı futbolçular – Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

 

Sözügedən kollektiv doğma meydanda Moskva “Torpedo”su ilə qarşılaşıb. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 4:2.

 

Sadıqov bu matçın iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb. Quliyev isə start heyətdə matça başlayıb və sonadək oynayıb.

 

Qeyd edək ki, “Ximki” 24 turdan sonra 17 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.


Digər xəbərlər

Xəbər xətti