Jalə Əliyeva Avropa ikincisi oldu

09:57 22 Aprel 2023

Xorvatiyanın paytaxtı Zaqrebdə güləş üzrə Avropa çempionatı davam edir.

 

Sportarena.az xəbər verir ki, dördüncü yarış günündə mübarizəyə qoşulmuş qadın güləşçilərimiz bu gün həlledici görüşlərini keçiriblər.

 

Türkan Nəsirova (53 kq) bürünc medal uğrunda türkiyəli Zeynep Yetgillə güləşib və rəqibinə məğlub (0:10) olaraq 5-ci yerlə kifayətlənib.

 

Ötən gün finala çıxan Jalə Əliyeva (57 kq) bu gün həlledici görüşdə ukraynalı Alina Akobya ilə qarşılaşıb. Rəqibinə “tuş”la məğlub olan güləşçimiz qitə birinciliyini gümüş medalla başa vurub.

 

Elis Manolova (65 kq) təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Lakin o, fransalı Kendra Daşerə məğub olub və medalsız qalıb – 3:4.


Xəbər xətti