Avropa Liqası: Həftənin ən yaxşı oyunçusu müəyyənləşib

09:35 22 Aprel 2023

Avropa Liqasının yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, həftənin ən yaxşı futbolçusu “Sevilya”nın hücumçusu Yussuf En Nesiri seçilib.

 

O, “Mançester Yunayted”ə 3:0 hesabıyla qalib gəldikləri matçda dubla imza atıb.

 

Xatırladaq ki, həftənin futbolçusu adına Nemanya Matiç (“Roma”), Adam Hlojek (“Bayer”) və Adrien Rabyo (“Yuventus”) da namizəd idi.


Digər xəbərlər

Xəbər xətti