Avropa çempionatı: Azərbaycan millisinin rəqibləri bəlli oldu

23:58 21 Aprel 2023

İsveçrənin Sürix şəhərində qadın komandalar arasında həndbol üzrə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

 

Sportarena.az xəbər verir ki, püşkatma mərasimində Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.

 

Yığmamız 5-ci qrupda İspaniya, Şimali Makedoniya və Litva komandaları ilə mübarizə aparacaq.

 

Seçmə turnirin oyunları bu ilin oktyabrından 2024-ün aprel ayına kimi keçiriləcək.

 

AÇ-2024-ün final mərhələsi Avstriya, Macarıstan və İsveçrədə təşkil olunacaq.


Xəbər xətti