“Neftçi” Azərbaycan Kubokunda 20-ci səfər məğlubiyyətini alıb

13:40 20 Aprel 2023

“Neftçi” Azərbaycan Kubokunda 20-ci səfər məğlubiyyətini alıb.

 

Sportarena.az xəbər verir ki, bu, yarımfinalın “Turan Tovuz”la ilk oyununa təsadüf edib.

 

Bakı klubu rəqib meydanında 0:1 hesabı ilə uduzub. “Ağ-qaralar” ölkə kubokunda 78-ci səfər görüşündə 20-ci yenilgiyə üzülüblər. Bunlardan 7-si yarımfinalda, 9-u 1/4 finalda, 3-ü 1/8 finalda, 1-i 1/16 finalda baş verib.

 

Qeyd edək ki, “Neftçi” ölkə kubokunda ümumilikdə 38-ci məğlubiyyətini alıb.


Digər xəbərlər

Xəbər xətti