Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəldi

22:22 18 Aprel 2023

Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində ilk yoldaşlıq oyununu keçirib.

 

Sportarena.az xəbər verir ki, bu ölkənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb.

 

Komandamızın qolunu 35-ci dəqiqədə Həsən Nəzərli vurub.

 

Bu komandalar arasında növbəti oyun aprelin 20-də keçiriləcək.


Digər xəbərlər

Xəbər xətti